ABŞ-dan olan idmançıdan yeni dünya rekordubackend

ABŞ-dan olan idmançıdan yeni dünya rekordu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tokio-2020-də yeni dünya rekordu qeydə alınıb. 
TİA.AZ yarışın rəsmi saytına istinadən xəbər verir ki, Olimpiadanın 12-ci günündə ABŞ-dan olan Sidney Maklauhlin dünya rekorduna imza ataraq qızıl medal qazanıb.
Maklauhlin 400 metr məsafəyə qaçış yarışlarında 51.46 saniyəlik göstərici ilə ilk pillədə yer alıb özünə aid rekordu (51.90) yeniləyib.
Fərdi yarışlarda Dalilah Muhammad qeyd olunan məsafəni 51.58 saniyəyə qaçmaqla əvvəlki dünya rekordunu geridə qoysa da gümüş medalla kifayətlənib. Niderlanddan olan Femke Bol isə 52.03 saniyə göstərici ilə bürünc medala sahib çıxıb.