Tribuna İnformasiya Agentliyi

ABŞ-da seçkilərdə səs verməmək çağırışlarına görə “Twitter”də 10 min akkaunt silinib

03 Noyabr

“Twitter” mikrobloqu şəbəkəsinin administrasiyası ABŞ konqresinə keçiriləcək aralıq seçkilərdə avtomatik rejimdə səs verməmək çağırışı yazan 10 mindən artıq akkauntu silib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 İddia olunur ki, həmin yazılardan Demokratlar Partiyasının tərəfdarları istifadə ediblər.

Lakin partiyanın nümayəndələri bu məlumatı təkzib ediblər. Onlar bildiriblər ki, baş verənlər haqqında “Twitter”i məlumatlandırıblar.