Tribuna İnformasiya Agentliyi

ABŞ-da sərxoş quşlar şəhəri dağıdır

06 Oktyabr

ABŞ-ın Gilbert şəhərində quşların qeyri-adi davranışı yerli sakinlərin və mütəxəssislərin təəccübünə səbəb olub.

TİA.AZ NPR-ə istidadən xəbər verir ki, böyük miqdarda yetişmiş giləmeyvə yeyən quşlar özlərini sərxoş kimi aparır.

 Belə ki, onlar özlərini binaların pəncərələrinə, avtomobillərə çırpır.

Şəhər sakinlərindən polisə çoxlu sayda şikayət məktubları daxil olub.

Şəhər polisinin rəisi bildirib ki, ərazidə yetişən bəzi giləmeyvə növlərində vaxtından əvvəl müşahidə olunan şaxtalı hava üzündən qıcqırma prosesi sürətlənib. Ehtimal olunur ki, məhz bu amil quşların qeyri-adi hərəkətlərinə səbəb olub.