Tribuna İnformasiya Agentliyi

ABŞ-da məktəbdə 17 nəfəri öldürən gəncin görüntüsü yayıldı

15 Fevral

ABŞ-ın Florida ştatında 17 məktəblini öldürən, 14 nəfəri yaralayan şagird Nikolas Kruzun fotoları yayılıb.

Sosial şəbəkələrdə yayılan fotolardan Kruzun əlində bıçaq və odlu silah olduğu görünür.

Qeyd edək ki, hadisə Parkland şəhərində qeydə alınıb. Silahlı insident nəticəsində 17 nəfər ölüb, 14 nəfər yaralanıb. Onlardan beşinin vəziyyəti ağır qiymətləndirilir.

Qətliamı törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb. Məlumata görə, hücumda AR-16 tüfəngindən istifadə olunub. Faktla bağlı araşdırma aparılır.(azvision.az)