ABŞ-da koronavirusdan ölənlərin əksəriyyəti qaradərililərdirbackend

ABŞ-da koronavirusdan ölənlərin əksəriyyəti qaradərililərdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatlarından (ABŞ) koronavirusa yoluxaraq ölənlərin 78%-i Amerika afrikalılarıdır.

“Report”un  xəbər verir ki, bununla bağlı məlumatı əyalətlərin bələdiyyə rəhbərləri təsdiqləyib.

Belə ki, ötən həftə ABŞ-ın Çikaqo şəhərində COVID-19-dan ölən 98 nəfərin 80-i Amerika afrikalısı olub.

Bu fakt Amerika mətbuatının ən çox diqqətinin yönəldiyi hadisədir. Belə ki, televiziya kanalları daha çox virus qurbanı olan Afrika kökənli insanların hekayəsini ekranlara gətirərək, onların ailələrinin fikirlərini bölüşürlər. İqçilik mübahisələrinin tez-tez gündəmə gətirildiyi ABŞ-da bu dəfə də mövzu aktuallığını qoruyub saxlayır.

ABŞ-ın Virciniya ştatında Təmsilçilər Məclisi üçün seçkilərdə mübarizə aparan Kameron Veb koronavirusun ABŞ-da qaradərililərlə ağlar arasındakı iqtisadi bərabərsizliyi bir daha ortaya qoyduğunu açıqlayıb.

Birləşmiş Ştatların həkimləri isə qaradərililərin ömürlərininin ağdərililərlə müqayisədə daha qısa olduğunu və xüsusilə bu insanların artıq çəkidən əziyyət çəkdiklərini, diabet, ürək, ağciyər və təzyiq kimi xəstəliklərin daşıyıcıları olduğunu bildirib.

Bu mövzuda araşdırmalar aparan sosioloqlar isə Amerika afrikalılarının əksəriyyətinin koronavirus əleyhinə qoruyucu vasitələrdən (əlcək və maska) istifadə etmədiklərini açıqlayıb.

Müəllif: Vüsalə Abbasova