Tribuna İnformasiya Agentliyi

ABŞ-da it sahibinə tapançadan atəş açaraq onu yaralayıb

11 May

ABŞ-da it sahibinə tapançadan atəş açaraq onu yaralayıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, hadisə Ayova ştatında, Fort-Dodj şəhərində baş verib. 51 yaşlı Riçard Remm bildirib ki, hadisə o, divanda iti ilə oynayarkən baş verib. R.Rem qucağında diziüstə oturan iti yerə atıb. Lakin heyvan yenidən sahibinin üstünə tullanıb.

Bu zaman onun belindəki tapançadan atəş açılıb. Güllə onun ayağından dəyib.

Remm hesab edir ki, it təsadüfən silahın qoruyucusunu açıb və tətiyə ilişib. Yaralının sözlərinə görə, it hadisədən özünü təqsirkar sayaraq, qorxub və onun arxasında gizlənib.

Remmi xəstəxanaya çatdırıblar və ona tibbi yardım göstərilib.