ABŞ-da bir gündə koronavirusdan minlərlə insan öldübackend

ABŞ-da bir gündə koronavirusdan minlərlə insan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da ötən gün ərzində 2,1 mindən çox insan koronavirusun qurbanı olub.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bununla bağlı məlumatlar federal və yerli hakimiyyətin informasiyası əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin saytında yer alıb.

Məlumata görə, ötən gün ərzində Birləşmiş Ştatlarda 2 108 insan COVID-19 infeksiyasından ölüb. Bu, ölkədə növbəti antirekord olub.

Çərşənbə günü COVID-19-dan birgünlük ölüm 1 973 insan təşkil edib. Bu rəqəm cümə axşamı bir qədər azalıb. Həmin gün Birləşmiş Ştatlarda xəstəlikdən 24 saat ərzində 1 783 nəfər vəfat edib.

Qeyd edilir ki, ABŞ-da koronavirusa yoluxanların sayı yarım milyona çatıb.

Ötən gün isə bildirilirdi ki, ABŞ-da 473 mindən çox insan virusa yoluxub, 17 836 nəfər pandemiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 652 000-i ötüb. Bunların 369 927 nəfəri sağalıb, 100 371 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.