Tribuna İnformasiya Agentliyi

ABŞ-da bara silahlı hücum olub, 13 nəfər ölüb-VİDEO

08 Noyabr

ABŞ-ın Kaliforniya ştatının Tauzand-Oks şəhərindəki bara hücum nəticəsində 13 nəfər ölüb.

Hücum edən şəxs zərərsizləşdirilib.

Ölənlərdən 1 nəfəri polis əməkdaşı, 11 nəfəri isə dinc sakindir.


*** 12:07

ABŞ-ın Kaliforniya ştatında bara silahlı hücum olub.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli sayda insan yaralanıb.

Əraziyə çox sayda polis cəlb edilib.

Hücumla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.