Tribuna İnformasiya Agentliyi

ABŞ-da 800 reys təzirə salındı (SƏBƏB)

02 Dekabr
ABŞ-a yağan güclü qar 800 reysin ləğvinə səbəb olub.
TİA.AZ CNN-ə istinadla bildirir ki, pis hava şəraiti ABŞ-ın şərq sahillərini iflic vəziyyətinə gətirib.
Nəticədə altı minə yaxın daxili və beynəlxalq reyslərin uçuşu ləngiyib. Amerikanın Delta Air Lines aviaşirkətinə məxsus təyyarə isə Buffalo (Nyu York) beynəlxalq hava limanında uçuş zolağından çıxıb.
Sinoptiklər bu gün də əlverişsiz hava şəraitinin davam edə biləcəyi haqda xəbərdarlıq edib.