ABŞ-da 14 baş prokuror Trampa qarşı iddia qaldırdıbackend

ABŞ-da 14 baş prokuror Trampa qarşı iddia qaldırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın 17 ştatında qeyri-leqal miqrantların uşaqlarını ailələrindən ayıran qalmaqallı miqrant siyasəti səbəbindən prezident Donald Tramp idarəçiliyi əleyhinə iddia qaldırılıb

Xarici KİV xəbər verir ki, başda Nyu-York, Kaliforniya və Vaşinqton olmaqla 17 ştatın baş prokuroru Trampın yeritdiyi siyasətin qanunsuz və ədalətsiz olduğunu irəli sürərək Tramp idarəçiliyini məhkəməyə verib.
Sietl Bölgə Məhkəməsinə təqdim edilən 128 səhifəlik iddia sənədində Trampın miqrantlarla bağlı siyasətinin ABŞ Bəyannaməsinə zidd olduğu, hüquq bərabərliyi, federal sığınma və status haqları maddələrinin pozulduğu qeyd olunub.
Nyu-York ştatının baş prokuroru Barbara Andervud verdiyi açıqlamada uşaqları valideylərindən ayırmağın vicdansız davranış olduğunu deyib:
“Tramp idarəçiliyi uşaqları valideynlərindən ayırıb, yüz min kilometrlərlə uzağa göndərməklə onlarda böyük travmanın yaranmasına səbəb olur. Bizim ölkəmiz bu deyil. Tramp idarəçiliyinin konstitusiyamızı və hüquqlarımızı baltalamasına icazə verməyəcəyik”.
Qeyd edək ki, Tramp bir müddət öncə ölkə daxilindən və beynəlxalq ictimaiyyətdən gələn sərt reaksiyalar səbəbindən ABŞ-a qanunsuz yollarla daxil olan miqrantların uşaqlarının valideynlərindən ayrılmasını qadağan edən qərara imza atıb. Eyni zamanda qalmaqallı sanksiyanı sonlandırmaq üçün ABŞ Konqresi də hərəkətə keçmişdi.Qaynarinfo