ABŞ Çinə Rusiyaya yardımla bağlı xəbərdarlıq edibbackend

ABŞ Çinə Rusiyaya yardımla bağlı xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ mətbuatının yazdığına görə, Çin Rusiyaya Ukraynaya müdaxiləsində kömək etsə, onu ağır “nəticələr” gözləyir.
TİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, ABŞ-ın adı açıqlanmayan rəsmiləri bir çox xəbər agentliyinə Rusiyanın işğala başlamasından sonra Çindən hərbi yardım istəməsi barədə məlumat verib.
Çinin Vaşinqtondakı səfirliyi bu tələbdən xəbərsiz olduğunu bildirib.
Qeyd olunur ki, bu gün – martın 14-də ABŞ və Çinin yüksək səviyyəli rəsmiləri arasında Romada keçiriləcək görüşdən əvvəl Çinə Rusiyaya göstəriləcək yardımlarla bağlı xəbərdarlıq edilib.
Böhranın başlanğıcından bəri Pekin uzun müddət müttəfiqi olan Moskvaya güclü ritorik dəstək ifadə etsə də, hərbi və ya iqtisadi dəstək verməsi ictimaiyyətə məlum deyil.
Bununla belə, ABŞ-ın yerli mətbuat orqanları bu ölkənin rəsmilərinə istinadən bildirir ki, Rusiya son günlər Çindən xüsusi olaraq hərbi texnika, o cümlədən pilotsuz təyyarələr istəyib. Çinin bu sorğuya cavabı məlum deyil.