ABŞ bu il dünyaya 55 milyardlıq silah satıbbackend

ABŞ bu il dünyaya 55 milyardlıq silah satıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ 2018-ci ildə xarici ölkələrə 55,66 milyard dollarlıq silah satışı həyata keçirib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Müdafiə, Təhlükəsizlik, Əməkdaşlıq Agentliyi məlumat yayıb. Ötən il bu rəqəm 41,93 milyard dollar olmuşdu.
Qeyd edək ki, 47,71 milyard dollarlıq hərbi texnika digər ölkələr tərəfindən alınıb. Qalan hissə isə ABŞ müdafiə nazirliyi tərəfindən xarici ölkələrdə həyata keçirilən hərbi proqramlarda istifadə olunub.