ABŞ Belarusa neft satmağa başladı – Lukaşenko Rusiya enerjisinə alternativ tapıbbackend

ABŞ Belarusa neft satmağa başladı – Lukaşenko Rusiya enerjisinə alternativ tapıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Amerika Birləşmiş Ştatlarından neftin idxalına başlayıb. Bu barədə məlumatı mayın 15-də Belarusun xarici işlər naziri Vladimir Makey verib. Nazirin bəyanatında deyilir ki, Amerika neftinin Belarusa idxalı 2020-ci il fevralın 1-də bu ölkəyə ABŞ dövlət katibi Mayk Pompeonun səfəri zamanı əldə edilmiş razılaşmalar əsasında mümkün olub.

Bu səfər zamanı Pompeo Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşmüşdü. Makeyin sözlərinə görə Amerika neftinin idxalına başlanması neft emalı sənayesinin fasiləsiz işi üçün təchizat mənbələrinin diversifikasiyasına dair dövlət strategiyasına uyğundur və ABŞ-la neft sənayesi sahəsindəəməkdaşlığa dövlətin enerji təhlükəsizliyinin əhəmiyyətli elementi kimi baxılır.

Bəyanatda bu da vurğulanır ki, Minsk Birləşmiş Ştastlarla tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində işi davam etdirəcək.

Belarusun Tut.by saytı yazır ki, ABŞ nefti Belarusa Litvanın Klaypeda limanından gətirləcək. Göyərtəsində 80 min ton neft olan ilk tanker Texas ştatındakı portlardan birini mayın 17-də tərk edəcək.

Belarusun ABŞ neftinin idxalına başlaması bu ölkənin neft qiymətlərinə görə Rusiya Federasiyası ilə mübahisələri fonunda baş verir. İndiyədək Rusiya Belarusun əsas neft təchizatçısıdır. Lakin bu ilin əvvəllərindən Rusiyadan neftin idxalı demək olar tamamilə dayandırılıb. Belarus bu müddətdə yenə də Klaypeda, habelə Ukraynanın Odessa portları vasitəsilə SəudiyyəƏrəbistanından tanker nefti alıb.

Ötən mart ayında Moskva və Minsk Belarusun neft təchizatının bərpası barədə razılaşma əldə ediblər.Tut.by saytı yazır ki, Belarus may ayında Rusiyadan 1.1 milyon ton neft almalıdır.

Fevralın 1-də Minskə səfəri zamanı Pompeo bəyan etmişdi ki, ABŞ Belarusu neftlə “100 faiz” təchiz etməyə hazırdır. Son aylarda Belarusla ABŞ arasındakı münasibətlərdə yaxşılaşma baş verib. Bu da elan edilib ki, ABŞ uzun fasilədən sonra Minskdə öz səfirliyini açacaq.