ABŞ-a köçmək istəyənlərin nəzərinə: “Greencard” qalibləri açıqlanırbackend

ABŞ-a köçmək istəyənlərin nəzərinə: “Greencard” qalibləri açıqlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən “Greencard” lotereyasının nəticələrini açıqlayacaq.

TİA.AZ oxu.az-a istinadla xəbər verir ki, cavablar bu gün günortadan başlayaraq elan ediləcək.

Bütün dünya üzrə “Greencard” üçün müraciət edənlər arasında ABŞ-a köçüb yaşamaq və işləmək istəyən Azərbaycan vətəndaşları da az deyil. Qeyd edək ki, lotereya qalibləri Azərbaycan vətəndaşlığını itirmədən qanuni şəkildə ABŞ-da yaşamaq, işləmək, oxumaq və daimi vizasız rejimdə ölkəyə girib çıxmaq hüququ əldə edirlər. Lotoreyaya qeydiyyat 6 oktyabr – 9 noyabr 2021-ci il tarixində aparılıb.

Proqrama qoşulmaq üçün heç bir ödəniş tələb olunmur və seçim adi lotereya kimi təsadüfi qaydada aparılır. Xatırladaq ki, iştirakçılar təsdiq nömrəsini ən azı 30 sentyabr 2023-cü ilə qədər saxlamalıdırlar.