“Abırsız, satqın, yalançı…” – Deputat Paşinyanı təhqir etdibackend

“Abırsız, satqın, yalançı…” – Deputat Paşinyanı təhqir etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni xalqı tarixində ən soyuqqanlı və abırsız satqın yenidən yalan danışır”.

TİA.AZ  “News.am”a istinadən xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyası fraksiyasının deputatı Naira Zoqrabyan özünün feysbukdakı səhifəsində ölkənin baş naziri Nikol Paşinyanı nəzərdə tutaraq yazıb.

“Moskvaya səfərin nəticəsinə görə növbəti xain sənədi imzalamazdan əvvəl kimlər ki, noyabrın 9-da imzalanmış kapitulyasiya aktını oxumayıb, həmin şəxslərin fikirlərini azdırmağa çalışır.

Satqın bir daha əsirlərin və itkinlərin valideynlərini aldadır ki, onların övladlarının qayıdışının qiyməti hərbi əsirlərin xatirinə imzalayacaq başqa bir xain sənədin imzalanması ola bilər”, – deyə deputat qeyd edib.

Naira Zoqrabyan iddia edib ki, əsirlərin və itkin düşənlərin valideynlərinin ağrı-acısı sonradan xain missiyanın icra edilməsi üçün istifadə olunacaq.