Tribuna İnformasiya Agentliyi

Abid Şərifovun ailəsində faciə

04 May

Prezident seçkilərindən sonra baş nazirin müavini vəzifəsindən azad edilən Abid Şərifovun ailəsində faciəvi hadisə yaşanıb.

A.Şərifovun qardaşı oğlu yol qəzası nəticəsində həyatını itirib.

Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Belə ki, mayın 2-də, saat 13:00 radələrində Zahid Şərifov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna çırpıb.

Nəticədə Z.Şərifov və avtomobildəki Elçin Tağıyev hadisə yerindəcə ölüb, digər iki sərnişin isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(BakuPost)