Abeni güllələyən şəxs səbəbi belə etiraf etdibackend

Abeni güllələyən şəxs səbəbi belə etiraf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeyə silahlı hücumda təqsirləndirilən şəxs bunun ilkin səbəbini açıqlayıb. TİA.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, 41 yaşlı Teçuya Yamaqami polis bölməsində dindirilərkən Abeyə hücum etməsinin səbəbini sabiq baş nazirin siyasətindən narazı olması ilə izah edib.Qeyd edək ki, Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe Nara şəhərində çıxışı zamanı silahlı hücuma məruz qalıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Böyük Britaniyanın maliyyə naziri Nadhim Zahavi sabiq Baş nazirin dünyasını dəyişdiyini açıqlayıb. Abeyə hücum edən 41 yaşlı Teçuya Yamaqami isə saxlanılıb.