“Abel  Məhərrəmovun restoranında keçirilən qanunsuz toy nəzarətə götürülüb” – DİN(VİDEO)backend

“Abel Məhərrəmovun restoranında keçirilən qanunsuz toy nəzarətə götürülüb” – DİN(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi ötən gecə BDU-nun sabiq rektoru, AMEA-nın üzvü, akademik Abel Məhərrəmova məxsus “Mona-Liza” restoranında bir gündə iki toy məclisi keçirilib. Keçirilən toy mərasimində Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün qərar və qanunları kobud şəkildə pozulub.

Məsələ ilə bağlı manşet.az-a açıqlama verən DİN-nin mətbuat xidmətinin rəisi , polis polkovniki Ehsan Zahidov bu barədə araşdırma aparıldığını bildirib.

“Yayılan görüntülər nəzarətə götürülüb. Hazırda fatla bağlı araşdırma aparılır, əgər adıçəkilən retoranda qanunsuz toy mərasiminin keçirilməsi faktı təsdiqini tapacaqsa, bununla bağlı ciddi tədbirlər görüləcək.”

TİA.AZ