Abel Məhərrəmovun qardaşı, Arif Alışanovun keçmiş xanımı istefa verdibackend

Abel Məhərrəmovun qardaşı, Arif Alışanovun keçmiş xanımı istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb.

TİA.AZ xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.
Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.
Qeyd edək ki, Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışıb. A. Məhərrəmov 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub.