AB-nin xarici işlər komissarı Lukaşenkonu “Ukraynanın qeyri-legitim prezidenti” aldandırdıbackend

AB-nin xarici işlər komissarı Lukaşenkonu “Ukraynanın qeyri-legitim prezidenti” aldandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Avropa Parlamentində Avropa Birliyinin xarici məsələlər üzrə ali nümayəndəsi Jozep Borrelin işlətdiyi yanlış cümlə hər kəsi təəccübləndirib. 

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Birliyin xarici siyasət xidmətinin rəhbəri Belarusla Ukraynanın adlarını qarışdırıb.

“Biz Belarusdakı seçkilərin kütləvi saxtakarlıqla keçirildiyini bildiririk. Ona görə də Aleksandr Lukaşenkonu Ukraynanın qeyri-legitim prezidenti kimi gözdən keçiririk”,-deyə o, çıxışında bildirib.

Bu cümlədən sonra zaldan gələn gülüş səsləri avropalı məmuru “ayıldıb” və o, “əlbəttə Belarus, şübhəsiz ki, Belarus, görəsən mən nə fikirləşmişəm”,-deyərək səhvini düzəltməyə çalışıb.

Avropa komissarının sözlərinə görə, bu gün Birliyə daxil olan ölkələrin xarici işlər nazirləri Belarus hakimiyyətinə qarşı sanksiyalar məsələsini müzakirə edəcək, habelə, hansı sahələrdə əməkdaşlığın dondurulması problemi barədə danışacaqlar.

Qeyd edək ki, AB-də artıq 40 belaruslu yüksək vəzifəli şəxslə bağlı sanksiya siyahısı hazırdır. Lakin bunların arasında Aleksandr Lulaşenkonun isminin olmaması diqqət çəkir. Gələn xəbərlərdə xüsusilə Almaniya və Fransanın dialoq üçün “imkanlar pəncərəsinin” qorunması naminə belə bir addımda israr etdiyi qeyd olunur.