Tribuna İnformasiya Agentliyi

*9111 taksi xidməti Bakıda erməni təbliğatı aparır – VİDEO

10 Sentyabr

Bir müddət əvvəl Avtosfer.az portalında *9111 taksi şirkətinin sürücülərə təqdim etdiyi xəritədə Azərbaycan ərazilərinin erməni adları ilə verilməsi müşahidə edilmişdi. Hətta paytaxt Bakının bir çox küçə və prospektləri erməni adları ilə əvəzlənmişdi.

Əsas səbəb isə şirkətin istifadə etdiyi “Maps me” xəritəsinin olmasıdır. Təbii ki, bu xəritədə redaktə imkanları olduğu üçün istənilər yeri dəyişə bilirlər. Bəs görəsən bizim yerli şirkət niyə bundan istifadə edir?

Sosial şəbəkələrdə yayılmış bir video bir çox kölgədə qalan məsələlərin üzərnə işıq salır. Belə ki, bir müddət əvvəl bu məsələ ortya qalxanda şirkət yanlışlıq olduğunu əsas gətirərək xəritəni düzəldəcəyinə söz vermişdi. Doğurdan da düzəldib. Amma…

Amması budur ki, yalnız üzdə görünən hissəsi düzəlib. Sürücülərdə əsas istifadə olunan alt xəritələrdə isə erməni adları qalmaqdadır. Təqdim edilən videodan da aşkar şəkildə görünür ki, belədir.

Şirkət rəhbərliyinin azərbaycanlı olmaması müxtəlif fikirlər irəli sürməyə əsas verir. Ancaq…

Şirkətdən iddia edirlər ki, guya bunların işgüzar nüfuzuna xələl vurmaq üçün bu işləri “Caspian Navtel” şirkətinin rəhbəri Rizvan Cəfərov edir. Bəs Rizvan Cəfərov kimdir? Azərbaycanda fəaliyyət göstərən yerli naviqator şirkətinin rəhbəridir. Yəni taksi şirkətlərinin xarici proqramları alması və sürücülərə satması o zaman anlaşılan ola bilər ki, yerli şirkət olmasın. Yox əgər iddia edilsə ki, yerli şirkətin məhsulu bahadır bu zaman da anlamaq olar. Lakin… Bunların heç biri deyil. Bu günə qədər Caspian Navtel şirkətinin xəritəsində erməni adına rast gəlinməyib. Çünki millidir. İndi iddia edirlər ki, Rizvan Cəfərov 9111 haqqında mətbuata yalan məlumat ötürür. Bəlkə xəritədəki erməni adlarını da Rizvan Cəfərov yazıb? Amma nədənsə *9111 səhvini düzəltmək yerinə kimlərisə ittiham edir, hədə-qorxu gəlir. Özünü elə göstərir ki, guya bu ölkədə söz sahibidir.

Şirkət rəhbərliyinin Ukraynalı olduğu deyilir. Olsun, biz ölkəmizdə heç kimə demirik ki, gəlmə və işləmə. Buyur gəl. Amma bizim qanunlarımıza, milli maraqlarımza hörmətlə yanaş. Sən “Xocalı” küçəsinin adını dəyişib “Monte Merkoryan” qoyan şirkətin xəritəsini Azərbaycanda işlədə bilməzsən. Buna mənəvi haqqın yoxdur. Eyni zamanda hüquq çərçivəsində də bu məsələnin yoluna qoyulacağına ümid edirik. (avtosfer.az)

Sonda isə sosial şəbəkələrdə yayılmış videonu təqdim edirik: