Tribuna İnformasiya Agentliyi

90 gün addım-addım izləndi: Mayor Yavuz və 8 şəhidin qanı yerdə qalmadı

02 Dekabr
Oktyabrın 4-də Tuncelidə mühafizəçiləri ilə birgə öldürülən qadın terrorçu Həcər Qayanın PKK-nın qondarma Mərkəzi Komitəsinin üzvü və təşkilatın silahlı qanadı HPG və YJA-Star hərbi təşkilatının üzvü olduğu ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, Mayor Yavuz Başayar, 7 əsgər və bir kənd mühafizəçisinin Hakkaridə terrorçu Həcər Qaya tərəfindən öldürüldüyü təsbit edilib. Qaya PKK-nın bütün Qara dəniz, Sivas, Tunceli və Erzincan da əhatə edən Dersim sahəsinə cavabdeh olub. Çiçək Botan kod adlı terrorçu 30 ildən bəri PKK-nın dağ heyətində yer alıb.
“Sabah” qəzetinin yazdığına görə, PKK-nın Türkiyə içindəki ən önəmli fiqurlarından biri olan terrorçu qadın Tunceli ətrafında ard-arda verilən ağır itkilərdən sonra şəxsən Murat Karayılan tərəfindən qısa müddət əvvəl Tunceliyə göndərilib. Terrorçunun Qəndilin Kortek düşərgəsindən onu müşayiət edən 12 nəfərlik qrup ilə Həftə düşərgəsinə gəldiyi barədə məlumat alındıqdan sonra kəşfiyyat bölmələri tərəfindən siqnal izləməsinə alınıb.
Terrorçu Uludərədən Tunceliyə çatana qədər – 90 gün addım-addım izlənilib və yekunda məhv edilib.
Bu arada PKK-nın başçıları Murat Karayılan, Cemil Bayık, Duran Kalkanın öldürülmək qorxusundan hinlərindən çıxa bilmədiklərinə görə terrorçular arasında lağ mövzusuna çevrilib. Bunu terrorçuların ələ keçən ratsiya danışıqları da təsdiq edib. Terrorçular “Onlar pişik kimidirlər… Kölgələrdən qorxurlar”, – bir-birinə deyiblər.
Noyabrın 27-də terrorçuların dasnışıqlarının bir hissəsi:
Civan Aram: – Qəndildəsiniz?
Sərdar Amed: – Hə, nə məsələydi?
Civan Aram: – Camal (Murat Karayılan) Cümə (Cemil Bayık) Abbas (Duran Kalkan) partiyanın (təşkilatın) şənliyində iştirak etmədilər.
Sərdar Amed: – Düzdür. Sən hardan bilirsən?
Civan Aram: – Şəhid Sungur yolunda danışıqları eşitdim.
Devrim Roza: – Eşitmədinmi, sənin o başqanların marketə lokum almaq üçün gediblərmiş? Gəlməyi unudublar…
Argeş Koçer: – Pispirik (pişik) kimidilər. Kölgələrindən qorxurlar.