“90 faiz vaksinasiya aparılarsa, qapanmalar aradan qalxa bilər” -HƏKİMbackend

“90 faiz vaksinasiya aparılarsa, qapanmalar aradan qalxa bilər” –HƏKİM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkələrdə peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi, vaksinasiyanın gələcəkdə sonsuzluğa səbəb olacağı barədə məlumatlar yayılır.
Mövzu ilə bağlı Tia-az-a danışan Azərbaycan Tibb universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti İlham Bayramov deyib ki, vaksinasiyanın zərərli olması ilə bağlı əhali arasında gəzən söhbətlər əsassızdır:
“Əvvəla, vaksin vurulması həkim nəzarəti altında baş tutur. Yəni, həkim iynə vurmadan öncə şəxsin səhhətindəki problemləri nəzərə alır. Sağlam insana vaksin vurulduqdan sonra təzyiq, qızdırma,əzələ ağrıları kimi problemlə üzləşirsə, bu da normaldır. Deməli, orqanizm vaksinə cavab reaksiyası verir.

Düşünürəm ki, boğula-boğula ölməkdənsə, vaksin vurdurmaq daha yaxşıdır. Son dövrlərdə bu məsələ ilə bağlı bizə də xeyli müraciətlər olur. Hətta hər hansı xəstəlik adı ilə yalançı arayış istəyənlərə belə rast gəlirik. Təki vaksin vurulmasın. Halbuki vaksinasiya bizim ən ümidverici çıxış yolumuzdur.”

Aytac Sahəd

TİA.AZ