Tribuna İnformasiya Agentliyi

9 noyabr “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri – iş günüdür

08 Noyabr

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

10 noyabr tarixindən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Hazırda 15 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba,Mingəçevir, İmişli vəŞ əkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.