Tribuna İnformasiya Agentliyi

9 illik fasilədən sonra İranda nüvə yanacağı zavodu işə düşdü

28 İyun

İranda 9 ildən sonra nüvə yanacağı istehsal edən əsas zavod yenidən fəaliyyətə başlayıb
İran KİV-ləri yazır ki, zavod İslam Respublaksının ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin tapşırığı ilə işə salınıb.

Bununla da son 9 ildə ilk dəfə İranın İsfahan şəhərində UF6 (Uran-6-Flüorid) hasilatı, uranın zənginləşdirilməsi üçün sentrafuqlar işə düşüb.

Zavodun açılışına səbəb ABŞ-ın İranın nüvə proqramına dair Əhatəli Birgə Fəaliyyət Planı müqaviləsindən çıxması göstərilir.