Tribuna İnformasiya Agentliyi

“80 yaşdan qorxmuram” – Anar

14 Mart

“80 yaş məni qorxutmur. Həyat hər mənada gözəldir. 80 illik ömrümü çox yaxşı keçirmişəm. Nədənsə gileylənə bilmərəm. Əsas odur ki, geriyə baxanda yaxşı anları xatırlaya bilirəm”.

TİA.AZ  xəbər verir ki, bunu Modern.az-a bu gün 80 yaşı tamam olan Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib. Oxucularına xoşbəxtlik arzulayan yazıçı həyata baxışı heç zaman dəyişməyib: “Onu mütləq deməliyəm. Bəzən belə düşünürlər ki, insanın yaşı artdıqca, həyata baxışı dəyişir. Amma mənim yaşım artdıqca həyata baxışım heç dəyişməyib. Təbriklərə gəlincə, dostlardan, yaxınlardan təbriklər alıram. Düzü, ilk kimin təbrik etdiyi yadımda qalmayıb. Amma doğum günü təbrikləri davam edir”.