Tribuna İnformasiya Agentliyi

8 dekabrda gözlənilən hava şəraiti – qar yağacağı ehtimalı var

07 Dekabr

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin TİA.AZ-a verdiyi məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Dekabrın 08-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında

Dekabrın 08-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.