8-ci sinif şagirdi niyə özünü məktəb binasından atıb? – Ailədən açıqlamabackend

8-ci sinif şagirdi niyə özünü məktəb binasından atıb? – Ailədən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qusar rayon Yuxarı Zeyxur kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olan 14 yaşlı qızın “mavi balina” oyunundan sonra intihara cəhdi ilə bağlı xəbər yayılıb. Qeyd olunub ki, o, idman dərsi zamanı özünü məktəbin üçüncü mərtəbəsindən atıb.
Həmin şagirdin ailə üzvləri baş verənlərlə bağlı “Qafqazinfo”ya danışıb.
Bildirilib ki, hadisə dünən saat 10 radələrində olub:
“Hadisə baş verən gün onların sinfində idman dərsi olub. Bütün sinif dərs üçün zala gedib. Dərsin bitməsinə 10 dəqiqə qalmış qız müəllimdən su içmək üçün icazə istəyib. Müəllim razılaşmasa da, qız bir neçə dəfə istəyini təkrarlayıb. Sonda icazə alan şagird 3-cü mərtəbədə öz siniflərinə qalxıb. Həmin vaxtı sinif tamamilə boş olub.  Təşkilatçı müavin həmin şagirdi pəncərənin kandarında oturaraq ayaqları sallanmış vəziyyətdə görüb və ondan içəri keçməsini deyib. Müavin üçüncü mərtəbəyə qalxana qədər qız özünü aşağı atıb”.
Ailədən onu da bildiriblər ki, uşağın heç bir psixoloji sarsıntısı olmayıb:
“Araşdırmalarda belə bir şey üzə çıxıb ki, bu hadisə “mavi balina” oyunu ilə əlaqəlidir. Oyun insana psixoloji təsir edir, bu səbəbdən olub. Uşağın vəziyyəti yaxşıdır indi, ayağında zədə var. Ailənin durumu yaxşıdır, heç bir problem yoxdur”.
Ailə üzvləri mətbuatda yazılanlarla bağlı da danışıb:
“Saytlarda yazırlar ki, ata içir, bu dezinformasiyadır. Gəlib araşdırmadan kim nə desə, onu yazırlar. Bu uşaq oktyabrın 19-dan bu oyunu oynayırmış, biz də bilmirdik. Biz özümüz Yutubdan baxmışıq, orada yazılır ki, oyunun 50-ci mərhələsi var, o da intihardır. “Mavi balina” oyunundan söhbət gedir, indi onun adını dəyişdiriblər”.
“Ayın 19-dan oynayırmış. Uşaq bəzi şeyləri gizlədə bilər. Hazırda xəstəxanadadır. Ailə ilə bağlı heç bir problem yoxdur, səbəb “mavi balina” oyunudur. O oyun insanı özünə cəlb edir. O oyunda deyilir ki, bıçaqla əlini kəs, bıçaqla əlinə nə isə yaz və s. Uşağın məktəbdə də problemi olmayıb, həmişə nəzarət edirik. Ümumiyyətlə, problemli uşaq deyil. Sakitdir, aqressiv deyil”, – ailədən qeyd edilib.