Tribuna İnformasiya Agentliyi

760 min manat pul xərclənən sistem niyə çöküb?

11 May

Mənzil İnşaatı Dövlət Agentliyinin güzəştli mənzil satışında uğursuzluğa əsas səbəb olan, mənzillərin onlayn satışı günü “çökən” “Güzəştli Mənzil” informasiya sisteminin hazırlanması üçün RİSK şirkətinə 260 000 min manat vəsait ayrılıbmış.

“Qafqazinfo” xəbər verir ki, bunu İT üzrə mütəxəssis Osman Gündüz sosial şəbəkədə yazıb. O qeyd edib ki, üstəlik “Güzəştli Mənzil ” informasiya ” sisteminin proqram təminatı üçün lisenziyaların və İT xidmətlərinin satın alınması üçün də MİDA bu şirkətə əlavə olaraq 500.000 min manat vəsait ayırıbmış.

Düşünürəm ki, bu qədər vəsaitlə nəinki sistemin çökməsinin qarşısını almaq, hətta daha bir alternativini yaratmaq, alternativ kanallar əldə etmək, bir neçə səviyyəli İT support təmin etmək, nüfuzlu mütəxəssisləri, İT qurumları dəvət eməklə sistemin dayanıqlığını test etmək olardı.

Baş verənlər göstərir ki sistemin dayanıqlı və təhlükəsiz fəaliyyəti üçün atılan addımlar yetərli olmayıb”.