Tribuna İnformasiya Agentliyi

75 nəfərin öldüyü təyyarə qəzasının səbəbi bilindi

01 Dekabr

Kolumbiyada 75 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının səbəbi məlum olub. 

Kolumbiyada 75 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının səbəbi məlum olub.

TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, qəzadan öncə pilotla nəzarət qülləsi arasında danışıq aparılıb.

Boliviyalı pilot Miguel Alejandro Quiriopa qəzadan öncə qüllə ilə əlaqə saxlayıb, təyyarədə problemin olduğu və yanacağın bitdiyini deyib.

Pilotun bir neçə dəfə narahatlıqla yanacağın bitməsini və elektrik enerjisinin kəsilməsini xəbər verməsindən sonra təyyarə radarlardan itib.

Qeyd edək ki, Brazilyadan Kolumbiyanın Medelin şəhərinə uçan və “Chapecoense” futbol komandasını aparan təyyarə qəzaya uğrayıb. Təyyarədə 81 nəfərdən 75-i ölüb, 6 nəfər isə sağ qalıb.