700 min manatlıq şirkət ləğv olunurbackend

700 min manatlıq şirkət ləğv olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Caspian Pharmed” QSC ləğv olunduğunu elan edir.
TİA.AZ xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Az1029 Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 2023-cü məhəllə, ev 92 “A” ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Pirallahı Sənaye Parkında qeydiyyatdan keçmiş Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” Qapalı Səhmdar Cəmiyyəti 668 min manat nizamnamə kapitalına malikdir. “Caspian Pharmed” QSC-nin dərman istehsalı zavodlarında əsasən ağrıkəsicilər, iltihab əleyhinə, antibiotik, antihistamin, kardioloji, antidepresant, antiepileptik dərmanların istehsalı planlaşdırılmışdı.
Şirkət 17.03.2017-ci il tarixində yaradılıb.