Tribuna İnformasiya Agentliyi

70 yaşı var, gündə 11 telefonla 20 saat “Pokemon Go” oynayır

10 Avqust
Tayvanda nəvəsinə baxıb həvəslənərək velosipedinə yerləşdirdiyi 11 telefonla gün ərzində 20 saat “Pokemon Go” oyununu oynayan 70 yaşlı kişi sosial şəbəkələrdə viral olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Çen San-yuan adlı qoca bu hobbisi üçün ayda 1000 dollardan çox vəsait xərclədiyini söyləyib. O, pokemon ovunu daha da irəli aparmaq istədiyini və velosipedinə daha 4 telefon yerləşdirəcəyini bildirib.
Taybey küçələrində “Pokemon əmi” kimi tanınan Çen poverbank cihazlarından istifadə etməklə gecə saatlarına qədər oyun oynaya bilir.
O, bu hobbisi ilə özünə yeni dostlar qazandığını və Altsheymer xəstəliyinə tutulma riskini də azaltdığını söyləyib.
Qeyd edək ki, 2016-cı ilin iyulunda ortaya çıxan və qıza müddətdə populyarlaşan oyun sayəsində Nintendo şirkətinin hissələri 5 gün içərisində 9 milyard dollar dəyər qazanmışdı.