7 ölkədən Abxaziya və Cənubi Osetiya ilə bağlı Rusiyaya çağırış və cavabbackend

7 ölkədən Abxaziya və Cənubi Osetiya ilə bağlı Rusiyaya çağırış və cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanı Abxaziya və Cənubi Osetiyanın tanınması ilə bağlı mövqelərini dəyişməyə çağıran ölkələr əvvəlcə Kosovonun müstəqilliyinin tanınması ilə bağlı hadisəni xatırlamalıdırlar.
Qaynarinfoxəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov 7 ölkənin Abxaziya və Cənubi Osetiya ilə bağlı çağırışına cavab olaraq deyib.
“Yeddi Qərb ölkəsi Rusiyadan Abxaziya və Cənubi Osetiyanı tanımaqdan imtina etməsini tələb edir. Onlar Kosovonun faktiki, sonra da rəsmi tanınmasından imtina etməklə özlərindən başlamalıdırlar. Əks təqdirdə, bu, prinsip kimi deyil, Gürcüstan simasında geosiyasi müştərinin müdafiəsi kimi görünür. Bundan bir şey çıxmaz”, – Aleksey Puşkov Telegram kanalında yazıb.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü – ABŞ, Böyük Britaniya və Fransa, həmçinin Estoniya, İrlandiya, Norveç və Albaniya da daxil olmaqla yeddi ölkə Rusiyaya müraciət edərək Gürcüstanın Sxinvaliyə və “rus sülhməramlılarına hücum”undan və Tiflisin sülhə məcbur edilməsi əməliyyatından sonra müstəqillik qazanan Abxaziya və Osetiyanı tanımaqdan imtina etməsini istəyib.