Tribuna İnformasiya Agentliyi

7 namizəd sənədlərini təqdim edib

06 Mart

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 7 namizəd qeydə alınması üçün tələb olunan  imza vərəqələrini və digər zəruri sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. “Qafqazinfo” xəbər verir ki, bunu MSK-da fəaliyyət göstərən İşçi Qrupun rəhbəri Etibar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, martın 12-si saat 18:00-a qədər namizədlər imza vərəqələrini və digər zəruri MSK-ya təqdim etməlidirlər.

E.Quliyev deyib ki, namizədin qeydə alınması üçün zəruri seçki sənədləri İşçi Qrup tərəfindən araşdırılır.