65 yaşdan yuxarı şəxslərlə bağlı qadağalar nə vaxt götürülə bilər? – Professorbackend

65 yaşdan yuxarı şəxslərlə bağlı qadağalar nə vaxt götürülə bilər? – Professor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Koronavirus infeksiyası ilə əlaqədar 65 yaşdan yuxarı şəxslərin evdən çıxmaması ilə bağlı qoyulan qadağalar aradan qaldırla bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, karantin qaydalarının yumşaldılması prosesi gözlənilən istiqamətdə gedir:
“İnsanlar uzun müddət evdə otura bilməzlər. Amma karantin qaydaları yumşaldılsa belə, onun şərtləri dəyişməz qalmalıdır. Şərtlər nədən ibarətdir? İnsanlar sosial məsafəni saxlamaq, maska taxmaq, əlləri dezenfeksiya etmək və s. kimi qaydalara əməl etməlidir. Təəssüflər olsun ki, insanlar bunları gözləmir, şərtlərə əməl etmir. Ən mühüm şərt budur”.
Adil Qeybulla bildirib ki, insanlar bu şərtlərə əməl etməsə, virusun yenidən yayılması baş verər, xəstələrin sayında artım yaranar:
“İnsanlar bu şərtlərə əməl etməsə, Azərbaycan əlavə problemlərlə üzləşə bilər. Bu da sonradan qaydaların sərtləşdirilməsinə gətirib çıxardar. İnsanlar bəzən bunun fərqində olmur”.
Qeyd edək ki, koronavirusun yayılması ilə əlaqədar 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulub. Bu qadağa martın 24-dən bu günədək qüvvədədir.