65 yaşdan yuxarı şəxslərə evdən çıxmamaq tövsiyə olunurbackend

65 yaşdan yuxarı şəxslərə evdən çıxmamaq tövsiyə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Bu haqda TİA.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərara əsasən, yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.