62 yaşını qeyd edən Çingiz Abdullayev: “Dünyanın dörd bir yanından təbriklər alıram”backend

62 yaşını qeyd edən Çingiz Abdullayev: “Dünyanın dörd bir yanından təbriklər alıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Xalq yazıçısı Çingiz Abdullayevin 62 yaşını qeyd edir.

Xalq yazıçısı bu münasibətlə öz təəssüratlarını Musavat.com-a bölüşüb. Yazıçı dünyanın ən müxtəlif ölkələrindən doğum günü təbriklərini aldığını deyib:

“Hazırda da dünyanın hər yerindən təbriklər alıram. İlk təbrik isə Amerikadan oldu. Daha sonra isə Almaniyadan, Fransadan, Türkiyədən, Qazaxıstandan, Latviyadan təbriklər aldım və bu davam edir”.

“Bəs hələ də gözlədiyiniz təbrik varmı?” sualımıza isə yazıçı bu cür cavab verdi:

“Yox, gözlədiyim təbrik yoxdur. Təbrik edənlər də, etməyənlər də sağ olsun”.

Qeyd edək ki, Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Yazıçının 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyanın müxtəlif ölkələrində yayılıb. O, 193 adda kitabın müəllifidir.

Çingiz Abdullayev 2009-cu il aprelin 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

2014-cü ilin noyabrından İnterpolun fəxri səfiridir. 2015-ci il martın 30-dan “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir.