“62 erməninin əsir götürülməsi dövlət sirridir” – Paşinyanbackend

“62 erməninin əsir götürülməsi dövlət sirridir” – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Böyük Tağlar və Çaylaqqala kəndlərinin itirilməsi ilə bağlı bir çox hallar sirrdir və bunları açıqlamaqdan çəkinmək lazımdır”.
Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, kəndlərin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi və erməni diversantların ələ keçirilməsi ilə bağlı cinayət işi var:
“Həmin prosesdə iştirak edən əsas şəxslərdən biri hələ də həbs olunmayıb. Suallar var və ümumiyyətlə, demək lazımdır ki, müxalifət müəyyən ideya və maraqlara malik olaraq təkliflər hazırlayır. Lakin bu sualların cavabı spekulyasiyaya səbəb ola bilər. Ona görə ki, bir çox təfərrüatlar dövlət sirlərini ehtiva edir”.
Paşinyan hakimiyyətin kəndləri məqsədli şəkildə vermək qərarına gəlməsi ilə bağlı ittihamları rədd edib: “Əgər belə olsaydı, erməni hərbçiləri orada olmazdı”.
Qeyd edək ki, bir il əvvəl bu kəndlərin yaxınlığında baş verən toqquşmalar nəticəsində 62 erməni diversantı əsir götürülüb.