60 yaşdan yuxarı insanlar bunu etməlidirbackend

60 yaşdan yuxarı insanlar bunu etməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
60 yaşdan yuxarı insanlar infarkt riskini azaltmaq üçün gündəlik aspirin qəbul etməməlidirlər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında bir qrup mütəxəssis həkim 60 yaşdan yuxarı və ürək xəstəliyi riski olan insanların infarktın qarşısını almaq üçün hər gün aşağı dozada Aspirin qəbul etməməli olduqlarını açıqlayıb.

Daha çox ağrı kəsici, qrip və soyuqdəymə zamanı qızdırma salıcı olaraq istifadə edilən aspirin qanı durulaşdırdığı və laxtalanmanın qarşısını aldığı üçün xüsusilə yaşlı insanlar tərəfindən infarkt riskinin qarşısını almaq üçün istifadə edilir.

Mütəxəssislər qeyd ediblər ki, aspirindən istifadə 60 yaşdan yuxarı insanlarda beyin və bağırsaqlarda daxili qanaxma riskini xeyli artırır və bu, həyati təhlükəsi olan nəticələrə gətirib çıxara bilər. Həkimlər bu riskin yaşla artdığını qeyd ediblər.
USPSTF idarə heyətinin üzvü Prof. Dr. John Wong gündəlik aspirindən istifadənin xroniki ürək xəstəliyi olan bəzi insanlarda infarkt riskini azalda biləcəyini, lakin aspirinin səbəb olduğu daxili qanaxma riskinin çox daha təhlükəli olduğunu söyləyib. ABŞ-da hər il 600.000-dən çox insan ilk dəfə infarkt keçirir. İldə ilk insult keçirənlərin orta sayı da 600 mindən çoxdur. 2017-ci ildə aparılan araşdırmaya görə, ABŞ-da 40 yaşdan yuxarı insanların ən azı 23 faizi infarktdan qaçmaq üçün aspirin qəbul edir. Bu insanların ən azı 22,8 faizi aspirin qəbul edərkən həkimə və ya mütəxəssisə müraciət etmir.
Qeyd edək ki, həkimlər bildirib ki, hamiləliyin son 3 ayında, antiinflamatuar dərmanlara qarşı həssas olan insanlarda, qanaxma meyli olanlarda və xora xəstələrində aspirindən istifadə etmək təhlükəsiz deyil.