6 sığorta şirkətinin yığımları tənəzzüldə! – ƏN PİS VƏZİYYƏT “MEQA SIĞORTA”DADIRbackend

6 sığorta şirkətinin yığımları tənəzzüldə! – ƏN PİS VƏZİYYƏT “MEQA SIĞORTA”DADIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin 7 ayı ərzində (yanvar-iyul dövründə) Azərbaycanda fəaliyyət göstərən 6 sığorta şirkətinin hesabladığı sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Marja Mərkəzi Banka istinadən xəbər verir ki, “AtaSığorta”, “Atəşgah Sığorta”, “Azsığorta”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta” və“Xalq Sığorta”nın hesabladıqları sığorta haqlaerı azalıb. Ən pis vəziyyət “Meqa Sığorta”dıdr.

Yığım (hesablanmış sığorta haqları) “AtaSığorta”da 9,4%, “Atəşgah Sığorta”da 2,2%, “Azsığorta”da 10,8%, “İpək Yolu Sığorta”da 10%, “Meqa Sığorta”da 27,2%, “Xalq Sığorta”da isə 7,1% azalıb.

Yeni fəaliyyətə başlamış “Aqrar Sığorta” və “Meqa Həyat” xaric digər sığorta şirkətləri hesabladıqları sığorta haqlarını artırmağı bacarıblar.

Sığortaçılar üzrə, ​2021-ci ilin yanvar-iyul ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri