“6 ildir ki, teatrdan uzaqlaşdırılmışam”backend

“6 ildir ki, teatrdan uzaqlaşdırılmışam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karantin qaydalarının gözlənilməsi şərtilə teatrların fəaliyyətinin bərpası çox təqdirəlayiq olardı.

Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Valeh Kərimov teatrların fəaliyyətinin bərpası ehtimalından bəhs edərkən söyləyib.

“Teatrlar 1 ilə yaxındır ki, koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandırıb, mən isə 6 ildir ki, teatrdan uzaqlaşdırılmışam. Təqaüddəyəm. Həmkarlarımı çox yaxşı başa düşürəm, mən o ağrını 6 ildir çəkirəm”, – deyə aktor qeyd edib.

V.Kərimov teatrların qapalı qalmasını mədəniyyətimizə zərbə kimi qiymətləndirib:

“ Şərt deyil ki, tamaşanı seyr etməyə 500 izləyici gəlsin, 50, 60, 100 nəfər olsun, hər kəs məsafəli şəkildə əyləşərsə, niyə də yox? Aktyor həmişə formada qalmalıdır. Bu baxımdan, düşünürəm ki, teatrların fəaliyyəti bərpa olunmalıdır”.

Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova isə bildirib ki, bu işlə Operativ Qərargah məşğul olur.

F.Acalova, həmçinin hazırda teatrların karantinin aradan qaldırılmasından sonra hansı iş cədvəlində fəaliyyət göstərəcəyinə dair danışıqların aparıldığını da vurğulayıb.