Tribuna İnformasiya Agentliyi

6-cı mərtəbədən yıxılan məktəb direktorunun ölümü ilə bağlı TƏFƏRRÜATLAR

24 Aprel

Bakıda məktəb direktorunun faciəli ölümünün təfərrüatları məlum olub. 

Bakıda məktəb direktorunun faciəli ölümünün təfərrüatları məlum olub.

Hadisə aprelin 22-də axşam saatlarında İnşaatçılar prospekti, 33 a ünvanında baş verib.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Polad Hüsnü oğlu Əjdərov həmin ünvanda yerləşən binanın 6-cı mərtəbəsindəki mənzilinin pəncərəsindən yıxılaraq ölüb. Məlumata görə, P.Əjdərov mənzilin pəncərəsindəki toru təmir etmək istəyib. Həmin vaxt müvazinətini itirən P.Əjdərov pəncərədən yıxılıb və hadisə yerində dünyasını dəyişib.

P.Əjdərov paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki 72 saylı məktəb-lisey kompleksinin direktoru olub. O, bir-neçə ildir ürək xəstəliyindən əziyyət çəkirmiş. Direktor bu il martın 1-də səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifəsindən azad edilib və yaxın günlərdə ürək əməliyyatı keçirəcəkmiş. (Trend)