Tribuna İnformasiya Agentliyi

53 yaşlı vətəndaş 27 ildir Atatürk Hava Limanında yaşayır – İNANILMAZ…

05 Dekabr
53 yaşlı vətəndaş 27 ildir Atatürk Hava Limanında yaşayır.
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, ömrünün 27 ilini burda yaşayan Bayram Təpəli bu yaxında evi kimi öyrəşdiyi hava limanından köçməsinə görə narahatlıq keçirdiyini bildirib. Ailəsində yaranan problemdən sonra evini tərk edən Bayram, həmin vaxtdan hava limanında yaşamağa başlayıb.
Əvvəllər bir oteldə yerləşən Bayram, müdirinin tapşırığı ilə firmanın təmizlik işlərini həyata keçirmək üçün hava limanında göndərilib. Burada 27 il yaşayan vətəndaş çoxlu sərnişinlərlə də tanış olub. Hava limanında işləyənlərin və bəzi media işçilərinin dəstəyi ilə Bayram 27 ildir ki, terminalda yaşayır. O, sol ayağında yaranan damar tutulmasında görə on ildən çoxdur ki, müalicə olunur.
Bu yaxında isə hava limanından köçməsi məsləhət görülən Bayram, imkanlı şəxslərdən yeni bir evə yerləşdirilməsi üçün kömək gözləyir.