52 gündə Rusiyanın Ukraynada verdiyi itkilər – SİYAHIbackend

52 gündə Rusiyanın Ukraynada verdiyi itkilər – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın yeni sayı açıqlanıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edilib ki, Rusiyanın 20 100-ə yaxın hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 762 ədəd tankı, 1 982 ədəd zirehli döyüş maşını, 371 ədəd artilleriya sistemi, 125 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 66 hava hücumundan müdafiə sistemi, 163 ədəd hərbi təyyarəsi, 145 ədəd helikopteri, 1 458 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 138 ədəd dronu, 26 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.