“50 manat pul üçün imtina cavabı gəlib” – GİLEYbackend

“50 manat pul üçün imtina cavabı gəlib” – GİLEY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pandemiya dövründə dövlət tərəfindən işsiz vətəndaşlara 190 manat birdəfəlik ödəmənin verildiyi bildirilsə də, ehtiyacı olan xeyli ailə bu yardımıdan yararlana bilməyib.

Şikayət məktubu yazan Kürdəmir rayon, Söyüdlər kənd sakini Sadəgül Bağırova deyir ki, “sağlamlıq məhdudiyyəti olan bir övladım var. Onun üçün dövlət tərəfindən 150 manat yardım, 50 manat isə baxıcı pulu ayrılıb. Ancaq indi 50 manat pul üçün imtina cavabı gəlib. 190 manat birdəfəlik ödəmə üçün e-sosial.az saytına da onlayn müraciət etdim. Ordan da imtina sms-i gəlib ki, pensiya alıram.”

Sadəgül Bağırova bildirir ki, məsələ ilə bağlı Kürdəmir rayonu Məşğulluq Mərkəzinə müraciət etsə də, ona hələki heç bir köməklik olunmayıb.

dia.az