50 dollarla biznes qurdu – 5 min mağazası varbackend

50 dollarla biznes qurdu – 5 min mağazası var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada ən çox satılan “Nike” idman ayaqqabılarının qurucusu Fil Nayt sadəcə 50 dollarla xəyallarını gerçəkləşdirən iş adamıdır.

“Qafqazinfo” məşhur brendin qurucusunun həyat hekayəsini təqdim edir:

Atasından 50 dollar borc pul alan Fil 1962-ci ildə Yaponiyadan ucuz ayaqqabı idxal etmək məqsədilə yola düşür. Orada tanış olduğu amerikalılardan “Onitsuka” adlı şirkətin adını eşidir və fabrikə yollanır. “Blue Ribbon” adlı şirkətdə çalışdığını söyləyən Fil Amerika bazarı haqqında fabrik işçilərini məlumatlandırır. Uzun söhbətdən sonra isə fabrikin sahibləri şirkətin Amerika distribüterliyini “Blue Ribbon”a vermək qərarına gəlirlər. Dərhal atasına zəng edən Nayt fabrikə şirkətinin adından 50 dollar göndərməsini istəyir.

Amerikaya qayıdan Fil “Onitsuka”dan ayaqqabıları göndərməsini istəyir. Ancaq bu müddətdə pul qazanmaq lazım idi. Nayt mühasib kimi işə başlayır və 1964-cü ildə ilk ayaqqabı sifarişlərini alır. Ayaqqabıları dərhal məşqçi sınağına aparan Fil elə məşqçinin şirkətə ortaq olmaq təklifi ilə qarşılaşır. Şirkətin 49%-ni məşqçiyə verən Nayt həmin gün fabrikdən 1000 dollarlıq ayaqqabı sifarişi edir. Qısa müddətdə böyük satışlar edən Nayt bankdan kredit götürərək daha 900 ayaqqabı alır.

Yaxşı bir şərik və yaxşı məhsulla irəliləyən Fil qısa müddət sonra ilk böhranla üz-üzə qalır. “Onitsuka” şirkətin Amerika distribüterliyini başqasına vermək istəyir. Dərhal Yaponiyaya yola düşən Fil uzun sürən danışıqlardan sonra distribüter kimi haqlarını qoruya bilir. Yeni ayaqqabı modellərini fabrikə göndərən Nayt ilk işçisi Ceff Consonu şərqdə açılan mərkəzin rəhbəri təyin edir. Nayt “Onitsuka” altenrativ olaraq “Nike” markasını yaradır. 1972-ci ildə beynəlxalq sərgidə nümayişdən sonra “Onitsuka” ilə yollarını ayıran Nayt artıq öz markasını yaratmış oldu.

1974-cü ildə 8 milyon dollardan çox satış edən “Nike” təkcə idmançılar üçün deyil, gündəlik ayaqqabılar da istehsal etməyə başladı. 1976-cı ildə isə 14 milyon dollarlıq satışla “Nike” artıq əsl brend idi. Markanın loqosu quş qanadıdır.

“Nike” məhsulları bu gün dünyada 5 mindən çox mağazada satılır.