“5 yaşından aşağı uşaqların maska taxmasına ehtiyac yoxdur” – ÜSTbackend

“5 yaşından aşağı uşaqların maska taxmasına ehtiyac yoxdur” – ÜST

“Ümumdünya Səhiyyə Təşkilatı, UNICEF və Beynəlxalq Pediatrik Assosiasiyası ilə bir araya gələrək uşaqların tibbi maskadan istifadəsi ilə bağlı statistikaya nəzər yetiriblər”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Marqaret Harris “Real TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ÜST 5 yaşından aşağı uşaqların tibbi maska taxmasına ehtiyac görmür:

“Lakin müəyyən şəraitdə onların da maska taxmasl vacib ola bilər. 5 yaşından yuxarı uşaqların isə tibbi maskadan harada, necə istifadə etməsi ilə bağlı isə tövsiyə və təlimatlarımız var”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki