5 nəfərin ölümünə səbəb olan qəza ilə bağlı YENİ DETAL üzə çıxdı -VİDEObackend

5 nəfərin ölümünə səbəb olan qəza ilə bağlı YENİ DETAL üzə çıxdı –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 13-də səhər saatlarında aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində baş verən faciəvi qəza ilə bağlı yeni detal üzə çıxıb.

5 nəfərin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnən qəzanın baş verməsində ittiham olunan 19 yaşlı Mahmud Əzizovun idarə etdiyi “Mercedes Atego” markalı maşın qardaşına məxsus olub.

Məlum detalı Mahmud Əzizovun atası Babagözəl Əzizov da təsdiqləyib. O, Baku TV-yə açıqlamasında bu sözləri deyib:

“Hadisə ilə bağlı dəqiq heç nə deyə bilmərəm. Bu məsələni dövlətimiz araşdıracaq. Bakı Mühəndislik Universitetinin 3-cü kurs tələbəsidir. Mənə axşam dekan da zəng etmişdi. Mahmud haqqında təəssüfləndi. Yaxşlığı haqqında mənə məlumat verdi. Sürücülük vəsiqəsini alandan sonra qardaşının maşını ilə boş vaxtlarda yük daşıyırdı. Ona etibarnamə vermişdi. Onun dərsi günortadan sonra idi. İkinci növbə idi. O, evə gəlib, dincəlib və dərslərinə baxıb dərsə gedəcəkdi. Mənə elə gəlir ki, burda tələsmək müddəti yoxdur”.