backend

5 nəfər maşının altında qalıb öldü – Azərbaycanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son sutka ərzində Azərbaycanın müxtəlif yerlərində ölümlə nəticələnən çoxsaylı yol qəzaları baş verib.  

Son sutka ərzində Azərbaycanın müxtəlif yerlərində ölümlə nəticələnən çoxsaylı yol qəzaları baş verib. 

Şəmkir rayonunun Ziyadlı kəndində naməlum avtomobil yolu keçmək istəyən 55-60 yaşlı kişini vurub. Qəzanın törədən sürücünün və ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

 

Zaqatala rayonunun Danaçı kəndində isə “Kia” markalı, 90 RJ 102 dövlət qeydiyyat nişanlı avtomobil 28 yaşlı oğlanı vurub öldürüb. Hacıqabul rayonunda – Bakı-Qazax magistralının 84-cü kilometrliyində də piyada yol qəzasının qurbanı olub. Burada “Mercedes” markalı minik avtomobilinin vurduğu 37 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

 

Digər iki piyada ölümü isə Bakıda qeydə alınıb. Xəzər rayonunda – Qala-Pirallahı yolunda “Opel” markalı avtomobil 50 yaşlı kişini, Sabunçu rayonunda – Şəhər şosesində (Zabrata gedən yol) isə “Hyundai” 48 yaşlı kişini vurub öldürüb.

 

Hər bir faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

TİA.AZ