“5 milyarddan çox insan öləcək”backend

“5 milyarddan çox insan öləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da aparılan bir araşdırma mümkün nüvə müharibəsi zamanı 5 milyarddan çox insanın ölə biləcəyini vurğulanıb. 

TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Rutgers Universitetinin alimləri ABŞ və Rusiya arasında müharibə zamanı baş verə biləcək bütün ssenariləri araşdırıblar. “Nature Food”elmi jurnalında dərc edilən araşdırmada nüvə müharibəsinin səbəb olduğu tüstü, qalıq və hisin günəş işığının qarşısını ala biləcəyi və milyardlarla insanın ölümünə səbəb ola biləcəyi ifadə edilib.

Bildirilib ki, yer üzündə insan əhalisinin yarıdan çoxu məhv ola bilər, kiçik miqyaslı nüvə müharibəsi isə qlobal ərzaq istehsalında geri dönməz dağıntılara səbəb ola bilər.

Zaman-zaman gərginliyin yaşandığı Hindistan-Pakistan xəttində baş verə biləcək müharibənin 5 ildə qida istehsalını 7 faiz azaldacağı qeyd edilib. Digər tərəfdən, ABŞ-Rusiya müharibəsində hasilatın 3-4 il arasında yüzdə 90 azalacağı bildirilib.